"Artexnolab" uşaq festivalı.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin təşkilatçılığı ilə "Artexnolab" uşaq festivalı keçirilib. Festivalda məktəbimizi VII sinif şagirdi Murad Heydərov təmsil edərək “Etinasızlığın baxışı.” adlı qrafik dizaynla fəal iştirakına görə Sertifikatla təltif olunub.
- dizaynın əsas ideyası ekoloji və sosial problemi vurğulamaqdır.
- iş rəqəmsal formatda (JPEG )təqdim edilmişdir.
- dizayn tərzi, rənglərin uyğunluğu gözlənilmişdir.
Qiymətləndirmə meyarları: estetik dəyər, ideyanın açıqlığı, texniki bacarıq.