"Qızılca" xəstəliyi haqqında maarifləndirici söhbət.
6 dekabrda məktəbin pediatr-həkimi Vüsalə Məmmədova I siniflərdə "Qızılca" xəstəliyi haqqında maarifləndirici söhbətlər aparıb. 6 yaşlı uşaqlar üçün "Qızılca" peyvəndinin vacibliyi, xəstəliyin müalicəsi və profilaktikası, xəstəlikdən qorunmağın ən yaxşı yolu peyvənd olduğu haqqında uşaqlara geniş məlumat verib. Peyvənd olunmamış və immun sistemi zəif olan şəxslərin xəstəliklərə yoluxma riskinin yüksək olduğu şagirdlərin diqqətinə çatdırılıb.