Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair maarifləndirici görüş.
3 dekabr tarixində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 22.02.2024-cü il tarixli, 3-29/3-2-78F/2024 nömrəli əmrinə əsasən məktəb rəhbərliyi tərəfindən konfrans zalında sinif rəhbərləri ilə görüş keçirildi.
Görüşdə təhsilverənlərin etik davranış qaydaları və korrupsiyaya qarşı maarifləndirici söhbətlər və müzakirələr aparılıb.
Eyni zamanda "Ailəm və məktəbim" layihəsi çərçivəsində cari tədris ilinə aid fəaliyyət planının 3.1.8, 3.2.1 və 3.2.3 bəndinə əsasən "Valideynlərlə birgə işin təşkili" istiqamətində müxtəlif peşə sahibləri olan nüfuzlu, peşəkar valideynlərin köməyindən istifadə etməklə 02.12.2024 - 27.12.2024 tarixlərində keçiriləcək “Valideyn aylığı”ında öncədən müəyyən olunmuş tədbirlərin keçirilməsi nəzərdə tutuldu.