NÜMUNƏVİ DƏRS.

       7 noyabr tarixində 8e sinifində Gülnarə Əliyevanın rəhbərliyi ilə nümunəvi ədəbiyyat dərsi keçirilib. Qabaqcıl müəllimlərimizdən olan Gülnarə müəllimə M. Füzulinin "Leyli və Məcnun" və V. Şeksprin "Romeo və Cülyetta" əsərləri əsasında "Bir daha məhəbbət" mövzusu istiqamətində şagirdləri komandalara böldü. Hər komandanın biliklərini yoxlamaq məqsədilə tapşırıqlar verildi və komandanın kapitanları "Mən M. Füzulinin və V.Şekspri necə tanıyıram?" adlı təqdimatla çıxış etdilər.

Ən maraqlısı isə komandaların "Leyli və Məcnun" və "Romeo və Cülyetta" əsərlərindən oyun nümayiş etdirməkləri olub.

Dərsin sonunda müəllim komandalara aktiv iştirakına görə sertifikat təqdim etdi. Yekunda məktəbin direktoru Nuridə Qarayeva dərslə bağlı fikirlərini bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi