Mütaliə saatı
30 oktyabr şagirdlərdə oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək üçün məktəbin kitabxanasında Fəaliyyət Planının 21-ci bəndinə uyğun olaraq “Mütaliə saatı” adı altında 4a sinfində oxuma və dinləmə saatı keçirilib. Kitabxana müdiri Səbinə Manafova B.Bağırzadənin qələmə aldığı “Şuşa” kitabındakı tarixi mətnləri ifadəli oxuyub. Şagirdlər növbəli şəkildə kitabın məzmunu haqqında danışıb, öz fikirlərini ifadə ediblər. Şuşanın görkəmli xadimlərindən söhbət açıb, qalibiyyət rəmzi olan Şuşaya ailəsi ilə birlikdə səfər etmiş şagirdlərimizin maraqlı çıxışları eşidilib.
Sonda kitabxanaçılar məktəb kitabxanasından yararlanaraq şagirdlərə maraqlı kitabları oxumağı tövsiyə ediblər.
Məqsədimiz şagirdlərdə mütaliə mədəniyyətinin formalaşması və nitq mədəniyyətinin inkişafına müsbət təsir göstərməkdir.