Layihə - Ekoloji tarazlığın qorunması və bərpası.
Məktəbimizdə ekologiya aylığı çərçivəsində keçirilən dərslər davam etməkdədir. Bu məqsədlə həyat bilgisi dərsində Nailə Həsənovanın rəhbərliyi ilə VIII siniflərdə "Ekoloji tarazlığın qorunması və bərpası" mövzusunda təqdimat keçirilib.Təqdimat ekoloji tarazlığın qorunması və bərpası haqqında məlumat toplanmasına, təhlilinə, ümumiləşdirilməsinə və təqdim olunmasına yönəlmişdir.
Layihənin icrası zamanı reallaşdırılan standart şagirdlərimizdə məlumat axtarışına, emaletmə və təqdim etmə bacarığını formalaşdırır.
Yer kürəsində əhalinin sayının sürətlə artması nəticəsində insanlar təbiətdən getdikcə çox yararlanırlar. Onlar daha geniş sahələri təsərrüfat dövriyəsinə cəlb edir, təbii ehtiyatları daha çox hasil edirlər. Bütün bunlar da təbiətə atılan tullantıların artmasına və ekoloji fəlakətinə səbəb olur.
Ekoloji fəlakət hərbi fəlakətdən də təhlükəlidir. Ona görə də dünya ölkələri bu fəlakətə qarşı mübarizə aparmaq üçün birləşir. Milli ekoloji problemlər regional, regional ekoloji problemlər qlobal ekoloji problemlərə çevrildiyindən bu sahədə beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün ölkələrarası müqavilələr bağlanır. Konvensiyalar - birtərəfli və çoxtərəfli bağlanır.
İlham Əliyev: “ Hər il bizdə Ekologiya ili” olmalıdır. Çünki, bu həyatımızdır, sağlamlığımızdır, gələcəyimizdir.” Müasir dövrdə təbiətdən istifadə nə qədər vacib və aktualdırsa, onu qorumaq, bərpa etmək cəmiyyətin davamlı inkişafını təmin etmək bir o qədər əhəmiyyətlidir.