"Ekoloji problemlərin həllində innovativ texnologiyaların tətbiqi" adlı layihə.
Regional İnkişaf ”İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Sənaye Korporasiyası, ADA Məktəbi, Azərbaycan Mühəndislik Akademiyasi və “AzerGold” QSC-nin dəstəyi ilə “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi həyata keçirilmişdir. Layihənin məqsədi ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi nəzərə alınaraq, bütün dünyanı narahat edən qlobal problemlərdən biri kimi iqlim dəyişikliyi və onun təsirləri barədə məktəbliləri maarifləndirmək, onları bu problemin həllində iştiraka və sağlam gələcək naminə ideyalarını bölüşərək həllər irəli sürməyə təşviq etmək olub.
8 iyul 2024 tarixindən start götürən bu maraqlı layihəyə 94 N-li məktəbin komandası qabaqcıl biologiya müəllimimiz Aynur İsmayılovanın rəhbərliyi ilə böyük həvəslə qoşulub, aktual ekoloji problemləri və həlli yolları əhatə edən "Ekoloji problemlərin həllində innovativ texnologiyaların tətbiqi" adlı işimiz böyük marağa səbəb olub.
Yekunda Azərbaycan üzrə iştirak edən bütün məktəb, lisey və gimnaziyalardan cəmi 16 ən dəyərli layihə müəllifi olan təhsil müəssisələri seçilərək ADA universitetində keçirilən final mərhələsinə dəvət alıblar.
Məktəb olaraq bu seçilmişlər sırasında olmaq bizi qürurlandırır !
Dəyərli Aynur müəlliməyə dərin minnətdarlığımızı bildiririk və gənc istedadlarımıza uğurlar arzu edirik !