8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunmuşdur

Martın 7-də 94 nömrəli tam orta məktəbdə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rəhbərlik, məktəbin qadın kollektivi, şagirdlər və valideynlər iştirak etmişlər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Şəmsəddin Vəliyev açmışdır. O öz çıxışında Beynəlxalq Qadınlar Gününün yaranma tarixinə nəzər salaraq bütün qadınları bayram münasibətilə təbrik etmiş, onlara səadət dolu günlər, işlərində uğurlar arzulamışdır. Sonra söz şagirdlərə verilmişdir. Onlar hazırladıqları bayram proqramını böyük həvəslə iştirakşılara təqdim etmişlər. Şagirdlərin ifasındakı şeirlər, mahnılar, rəqslər alqışlarla qarşılanmışdır.