"MİCROSOFT SERTİFİKATLI PEDAQOQ" təlimi
Elm və Təhsil Nazirliyi “Microsoft” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində təhsil işçilərinin rəqəmsal bacarıqlarının inkişafı məqsədi ilə təhsilverənlər üçün İKT üzrə ixtisasartırma təlimləri təşkil etmişdir. Məqsəd istənilən fənn müəllimi üçün “Microsoft Certified Educator” (MCE) sertifikasiya proqramında iştirak etmək və beynəlxalq sertifikat əldə etmək fürsətinin yaradılması olmuşdur. Ölkə üzrə 1 307 yerli təhsilverən müxtəlif səviyyələrdə innovativ texnologiya və metodikaların təhsildə tətbiqi üzrə 16 saatlıq təlim proqramramını bitirmişdir.
Məktəbimizi bu təlimdə informatika fənnini tədris edən Abbasova Nazilə layiqincə təmsil etmiş və kursu uğurla başa vurub.