DƏRS DİNLƏMƏ
24 oktyabr 5e sinifində rus dili fənnini tədris edən Gülnarə Əliyevanın "Antonimlər" mövzusunda apardığı dərs məktəbin direktoru Nuridə Qarayeva, dərsdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Hicran İsmayılova tərəfindən dinlənilib.
Gülnarə müəllimə dərsə "Öyrətmək işıqdır, cəhalət qaranlıqdır" şüarı ilə başlayıb. Dərsdə öyrənmənin yaxşı mənimsənilməsi məqsədilə paylama materiallarından, fərdi tapşırıqlardan istifadə olunub. Şagirdlərin mövzuya tam yiyələnməsi üçün müzakirələr aparılıb, fənlərarası inteqtasiyaya müraciət olunub və sonda müxtəlif qiymətləndirilmə vasitələrindən istifadə olunub.