“Məktəb kitabxanası - Elmə gedən yol “
Məktəbin kitabxanasında Fəaliyyət Planının 14- cü bəndinə uyğun olaraq 22 Oktyabr- Beynəlxalq Məktəb Kitabxanaları Gününə həsr olunmuş “Məktəb kitabxanası- Elmə gedən yol” adlı maarifləndirici tədbir keçirilib. Kitabxanaçılar şagirdlərin kitaba marağın artırılmasında məktəb kitabxanalarının rolundan danışıb, qədim və müasir kitabxanalar haqqında bilgiləri şagirdlərin nəzərinə çatdırıblar.
Ulu Öndər Heydər Əliyevin kitabxanalara göstərdiyi qayğıdan söhbət açıb, dahi şəxsiyyətin müdrik fikirlərini səsləbdiriblər. İştirak edən 2- ci sinif şagirdləri ”Kitabxana Günü”nə həsr olunmuş tədbirdə kitablar haqqında şeirlər söyləmiş, ən son oxuduqları nağıllardan danışıblar. Çıxış
edən müəllimlər bu gün haqqında öz fikirlırini bildirib, şagirdlərə uğurlar arzulayıblar.
Məqsədimiz şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasına,
onların bədii-estetik zövqünün inkişafına və mənəvi tərbiyəsinə müsbət təsir etməkdir.