“Ətraf mühitimizi qoruyaq” adlı ədəbi -bədii kompozisiya
2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili “elan edilməsi və “Ekologiya ayı” çərçivəsində məktəbin kitabxanasında Fəaliyyət Planının 11-ci bəndinə uyğun olaraq “Ətraf mühitumizi qoruyaq” adlı ədəbi -bədii kompozisiyalı tədbir keçirilib. Çıxış edən 2,4 və 5-ci sinif şagirdləri A.Bünyadzadənin “Bir damla su”, M.Seyidzadənin “Ağacların şikayəti”, Q.Köçərlinin “Gül qızın nağılı” və “ Xarıbülbülün tarixi “ ,“Təbiəti sevək” adlı hekayələrdən səhnəcikləri böyük məharətlə nümayiş etdiriblər. Hər bir obraz yaşıllıqların bərpası, ətraf mühitin sağlamlaşdırılması və ana təbiəti qorumağı özündə canlandırırdı. Sonda şagirdlər “Yaşıl dünya - sağlam həyat” şüarını səsləndiriblər.
Hekayələr səhnə bacarığı və ifadəli təqdimetmə meyarlara görə məktəb rəhbərliyi və müəllimlər tərəfindən qiymətləndirilib.
Məqsədimiz şagirdlərə təbiətə qayğı və məhəbbətlə yanaşmağı sevdirməkdir.