NÜMUNƏVİ DƏRS
17 oktyabr məktəbimizin biologiya fənnini tədris edən qabaqcıl müəllimlərimizdən olan Gülzadə Bağırova 6e sinfində "Qanın tərkibi" mövzusunda nümunəvi dərs keçirib.
Dərsdə öyrənmənin dəstəklənməsi məqsədilə hazırlanan resurslardan istifadə olunub. Şagirdlərə mövzunu tam yiyələnməsi üçün videoslaydlar təqdim olunub. Müzakirələr aparılıb və sonda müxtəlif qiymətləndirilmə vasitələrindən istifadə olunub.