“Ana təbiətlə üz-üzə” adlı dəyirmi masa.

           2024-cü il “ Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və “Ekologiya ayı “ çərçivəsində məktəbin kitabxanasında Fəaliyyət Planının 11-ci bəndinə uyğun olaraq “Ana təbiətlə üz-üzə” adlı dəyirmi masa keçirilib. Giriş sözü ilə tədbirə başlayan kitabxana müdiri Səbinə Manafova ətraf mühitdən danışıb, təbiətin rəngarəngliyini Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu vurğulayıb. Tədbirdə iştirak edən 3-cü sinif şagirdləri təbiətə həsr olunan şeir və aforizmlər söyləmiş, ana təbiətin həyatımız üçün əhəmiyyəti haqqında məlumat vermişlər. 10-cu sinif şagirdi Əlihüseynli Elif və 3-cü sinif şagirdi Beybutova Sofiya mövzuya həsr etdikləri rəsmləri böyük məharətlə çəkib kitabxanaya təqdim ediblər.

      Məktəbin direktoru Nuridə Qarayeva keçirilən ekoloji tədbirlərin mahiyyətindən, ətraf mühitin sağlamlaşdırılmasından danışıb, şagirdləri təbiəti sevməyə səsləyib.

Məqsədimiz - “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji tədbirlərinin keçirilməsi, vətənimizin gözəl təbiəti haqqında şagirdləri maarifləndirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi