İlaxır çərşənbələr ərəfəsində iməcilik keçirilmişdir

İlaxır çərşənbələr və Novruz bayramı ərəfəsində ekoloji layihələr çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərdən olan “Çərşənbə iməcilikləri”nə 94 nömrəli tam orta məktəbin kollektivi və şagirdləri də qatılmışdır. Martın 4-də məktəbdə iməcilik keçirilərək təmizlik işləri aparılmışdır. Şagirdlər böyüklərin köməkliyi ilə sinif otaqlarında, məktəbyanı sahələrdə səliqə-sahman yaratmış, ağacların dibini belləmiş, abadlıq işləri görmüşlər.