1 oktyabr 94 nömrəli tam orta məktəbin şəhid məzunu Şalıyev Ceyhun Nüsrət oğlunun anım günüdür.
1 oktyabr 94 nömrəli tam orta məktəbin şəhid məzunu Şalıyev Ceyhun Nüsrət oğlunun anım günüdür.
Ceyhun ikinci Qarabağ müharibəsində Şəhid olan 3000 dən artıq olan igid oğullardan biridir... O, torpaqlarımızın işğal altında qalmasına dözməyən minlərlə igidimizdən biridir... O, "ya Qazi, ya da Şəhid olacam.Namusla, şərəflə vuruşacam" - deyə and içən oğullardan biridir... Uca Allah onun qismətinə 26 yaşında Şəhidlik taxtı yazdı. Cəbhəyə gedəndən 4 gün sonra şəhidlik şərbətini başına çəkdi, 44 gün Qarabağ səmasında dolandı və üz tutdu gəldiyi göylərə.
Ceyhun orta məktəbi əla qiymətlərlə bitirib, ali təhsil alıb, gözəl rəssamlıq qabiliyyəti və bacarıqlı idmançı olub. O, Vətən uğrunda və Füzulinin işğaldan azad olunması uğrunda medalları ilə təltif olunub.