"Qəhrəman, yenilməz Vətən əsgəri!"

         Bu gün - 27 sentyabr parlaq tariximizin şərəfli günüdür. Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandan İlham Əliyev cənabları və müzəffər ordumuz işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.

Zəfər ilə bitən II Qarabağ müharibəsi təkcə xalqımız üçün "Anım Günü" deyil, həm də iki əsrlik müstəqillik tariximizin qəhrəmanlıq səhifəsidir. Bu gün bizim üçün dünyanın görməzdən gəldiyi ədalətin təmin olunduğu günün başlanğıcıdır.

       Rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşünə tab gətirməyən düşmən 44 gün ərzində darmadağın edildi və işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi