BİLİK GÜNÜ

      16 sentyabr tarixində 94 nömrəli tam orta məktəbdə ilk zəng çalınıb və "Bilik Günü" təntənəli şəkildə qeyd olunub.

Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyev cənabları gözəl vurğulamışdır: "Savadlılıq əsasdır! Bugünkü dünyada savad, bilik hərşeyi müəyyən edir!"

Beləliklə, şagirdlərimiz üçün, xüsusən də məktəbə ilk addımlarını atan birincilər üçün bugün çox əzizdir! Körpə fidanlarımızın bu sevincinə biz də şadıq və onlara parlaq nailiyyətlər arzu edirik!

    Bu  il məktəbin məzunları da bizi çox sevindirdi. DİM -in keçirdiyi buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərərək, respublikamızın ən öndəgedən ali təhsil ocaqlarına qəbul olmuşdurlar. Onlardan İki nəfər məzunumuz Məmmədli Fatimə Rəhim qızı Qarabağ Universitetinin Dizayn ixtisası, Ələkbərov Fərid Qabil oğlu isə Mexatronika və robototexnika mühəndisliyi ixtisası üzrə təhsillərini davam etdirəcəklər.

     Məzunların müvəffəqiyyətləri doğma məktəbimizin fədakar müəllimlərinin imzasıdır. Müəllimlərimizə möhkəm can sağlığı və bol uğurlar arzu edirik!

Ümummilli Liderimiz Heydər Əliyev təhsili hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatın fəaliyyətinin mühüm bir sahəsi hesab edirdi: ”Cəmiyyət təhsilsiz inkişaf edə bilməz!"

      Əziz şagirdlər! Gözəl təhsil almaq üçün, yeni bilik və bacarıqlara yiyələnmək üçün məktəbimiz sizi sevinclə qarşılayır. Cəsarətli addımlarla irəli!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi