Məktəbdənkənar fəaliyyətin təbliği ilə bağlı görüş keçirildi

Martın 1-də 94 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi tərəfindən məktəbdənkənar fəaliyyətlə baglı görüş keçirilmış və sorğu aparılmışdır. Bu görüşdə məktəbin IV, VI və VIII sinif şagirdləri iştirak etmişlər. Şagirdlərə məktəbdənkənar fəaliyyət deyəndə onu necə başa düşdükləri barədə suallar verilmişdir. Şagirdlər də öz növbəsində böyük həvəslə sualları cavablandırmışlar. Sonra şagirdlərə məktəbdənkənar fəaliyyətlə bağlı təqdimat nümayiş etdirilmişdir. Təqdimatın gedişində müxtəlif dərnəklər, yaradıcılıq sahələri haqqında izahlar verilmişdir. Sonda şagirdlər arasında sorğu aparılmışdır.