"İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda təqdimat

         Məktəbdə iyunun 13-ündə  “Kiçik Akademiya” üzvləri tərəfindən COP 29 çərçivəsində “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda təqdimat keçirilib.

Ərazilərimiz 30 il ermənilər tərəfindən işğal altında saxlanıldığı dövrdə vurulmuş ekoloji zərər ciddi rəqəmlərlə ölçülür. Oxçuçayın həddindən artıq çirklənməsinə mis-molibden kombinatı və filiz saflaşdırma kombinatının fəaliyyəti səbəb olub. Bu müəssisələrdə meydana gələn çirkab sularının təmizlənmədən çaya axıdılması bütövlükdə regionun ekoloji təhlükəsizliyinə ciddi təhdid olmaqla insan həyatı və sağlamlığı üçün böyük təhlükə mənbəyidir. Ermənistanın törətdiyi ekoloji terror nəticəsində 10-dan çox qoruq və yasaqlıq məhv edilib. Ümumiyyətlə, 30 illik işğal dövründə təbii sərvətlərimiz talanıb, mədənlər ekoloji norma və tələblərə uyğun olmayan şəkildə istismar edilib, çaylarımız çirkləndirilib, qiymətli meşə zolaqları məhv edilib, nadir ağaclar kəsilib. İndi bu ekoloji terrorun nəticələrini COP29 iştirakçılarının da öz gözləri ilə görməsi əlbəttə ki, çox vacib məsələlərdən biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi