SON ZƏNG

     İyunun 14-ü bütün respublikada olduğu kimi 94 nömrəli tam orta  məktəbdə  11-cilər üçün son zəng çalınıb. 

     Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanılıb və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra buraxılış imtahanında yüksək nəticə göstərmiş və idman, incəsənət sahəsində uğur qazanmış şagirdlər, o cümlədən gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə görə fərqlənən pedaqoji heyət rəhbərlik tərəfindən "Fəxri Fərman" la təltif olunublar.

     Tədbir iştirakçıları məzunların ifa etdikləri rəngarəng mahnı və rəqslərdən zövq alıblar və onbirincilərə gələcək həyat yolunda uğurlu olmağı arzulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi