Karaoke İngilis dilini öyrənməyə necə kömək edə bilər?

     Məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın İngilis dili kafedrasının növbəti görüşü keçirilib. “English Karaoke Club“ adlı şagirdlərin nəğməli klubunda gənc istedadlar ingilis dilində gözəl mahnılar ifa ediblər..

     Musiqi öyrənmə tərzinə təsir edir və ingilis dilini mükəmməl şəkildə inkişaf etdirməyə kömək edə bilər. Xüsusilə, yeni lüğət ehtiyatının zənginləşdirmə texnologiyası və ingilis dilinin qrammatikası ilə tanış olmaq üçün əla bir yoldur.

     Müəyyən bir mahnı diqqətinizi çəkə bilər və sonra sözləri təkrar-təkrar oxuyaraq beyninizdə həkk edirsiniz. Bu, mahnının sözlərini və qrammatikanı öyrənməyə kömək edir. Daha sonra, bu yeni sözləri və qrammatik konstruksiyaları həqiqətən istifadə edə biləcəyinizi görəcəksiniz, çünki onları bir mahnıda çox eşitmisiniz!

Şagirdlərimiz bu dil öyrənmə üsülundan böyük həvəslə istifadə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi