"AÇIQ QAPI" GÜNÜ

           Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Bu münasibətlərin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına, uşağın özünü dərk etməsinə və cəmiyyətdəki rolunu müəyyənləşdirməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli töhfə verir. Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək məqsədilə " Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə" nin 15.6 bəndini rəhbər tutaraq məktəbimizdə "Açıq qapı" günü təşkil olunub. Valideynlər məktəbin kitabxanası, idman zalı, bufeti və s. kabinetləri ilə yaxından tanış olaraq dərs prosesini izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi