“Ailəm və məktəbim” layihəsi

     BŞTİ-nin 13.05.2024-cü il tarixli 3-29-59/3-2-246F/2024 nömrəli əmri ilə təsdiq olunmuş “Ailəm və məktəbim” layihəsinin 6-cı bəndinə əsasən 30 may  tarixində “ Valideyn və şagirdlərin birgə fəaliyyətlərə cəlb olunması ” istiqamətində məktəbin kitabxanasında konfrans təşkil olunub. 12 gün davam edəcək əsərlərlə tanış olma fəaliyyətinə start verilib. ”Birgə oxuyaq!”  tədbirində məktəbin Kiçik Akademiyasının üzvlərinə kitabxanaçılar tərəfindən maraqlı, dövrün tələblərinə cavab verən kitablar təqdim olunub və bu əsərlərlə iştirakçılarımız valideynlərlə birgə tanış olublar. İştirak edən valideynlərə seçilmiş bədii ədəbiyyatların elektron versiyası da təqdim olunub. 11 iyun tarixində əsərlərin təhlilini təqdimatların müzakirəsi, şagird və valideynlərdən ibarət olan komandalar aparacaq. Münsiflər heyəti qalib komandanı elan edəcək .

     İştirakçılarımıza bol uğurlar arzu edirik .

Məqsədimiz ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasına xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi