MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhəri ümumi təhsil müəssələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş uşaq və gənclərin fövqəladə hallar zamanı (sudaboğulma, yanğın, dəm qazı təhlükəsi) davranış qaydalarına dair maarifləndirmə tədbirində qeyd olunan məsələləri nəzərə alaraq 29 may tarixində məktəbimizdə bununla bağlı maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə məktəbin Mülkü Müdafiə Qərargahının (MMQ) rəisi Rəhilə Tağıyeva, GÇH rəhbəri Nəzər Nəzərov və tibb bacısı Könül Məmmədrzayeva iştirak ediblər.
Onlar baş verə biləcək hallar zamanı şagirdlərə ilk tədbir qaydalarını slayd və videoroliklər vasitəsilə geniş izah ediblər.