" Ailəm və məktəbim" layihəsi çərçivəsində valideynlərlə keçirilən sorğu.
246F nömrəli əmrin 5-ci bəndinə əsasən valideynlərin təklif və fikirlərinin öyrənilməsi məqsədilə məktəbdə təklif qutuları yerləşdirilib. 29 may tarixində valideynlər əyani olaraq sorğu vərəqlərini doldurub, öz fikir və təkliflərini irəli sürüblər.
Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək məqsədilə "Ailəm və məktəbim" layihəsi davam edir.