Muzeyə ekskursiya

    25 may  tarixində məktəbimizin tarix müəllimi Sevinc Məmmədova rəhbərlik etdiyi 5b sinif şagirdləri ilə birlikdə 28 May Müstəqillik Günü münasibətilə Heyder Əliyev muzeyini ziyarət ediblər. Şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və yaradıcıları haqqında geniş məlumat verilib.

     Muzey şagirdlərə gözəl təəssürat bağışlayıb. Onlar Azərbaycan torpaqlarının bütövlüyünü əks etdirən sxem və xəritələrlə tanış olublar. Torpaqlarımızın düşmən tapdağından azad olunması haqqında ətraflı məlumat əldə ediblər.

      Muzeydə şagirdlərə dahi insan Heydər Əliyevin həyatından, Azərbaycan üçün əvəzolunmaz fəaliyyətindən danışılıb.

Müstəqil Azərbaycan yaşadıqca, Ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. O, xalqa tək müstəqilliyi qazanmağı deyil, həmçinin o müstəqilliyin qorunub saxlanılmasını göstərib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi