Şah əsərimiz müstəqilliyimiz
27 may tarixində məktəbin kitabxanasında Fəaliyyət Planının 47-ci bəndinə uyğun olaraq 28 May Müstəqillik Gününə həsr olunmuş "Şah əsərimiz Müstəqilliyimiz” adlı oxucu konfransı keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxana müdiri Səbinə Manafova müstəqilliyimiz haqqında məlumat verib. Tədbirdə iştirak edən II- VIII sinif şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması istiqamətində gördüyü misilsiz işlərdən danışıb. Daha sonra şagirdlərimiz müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər.
Məqsədimiz müstəqil ,qüdrətli Vətənimizin tarixi və bu günü haqqında şagirdlərimizi məlumatlandırmaq olub.