Ekskursiya
22 may 2024-cü il tarixində Sabunçu rayonu 94 nömrəli tam orta məktəbin şagirdləri və kimya müəllimi İrada Nurullayeva məktəbin Kiçik Akademiyasının Kimya kafedrası üzvlərinin müşayiətilə Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna səfər ediblər. Şagirdlər Y.Məmmədəliyevin və digər Azərbaycan alimlərinin elmi nailiyyətlərindən bəhs edən sənədli filmə baxıb, muzeydə və neft-kimya analizlərinin aparıldığı kimya laboratoriyalarında olublar.
Ekskursiyanın məqsədi şagirdlərin dünyagörüşünü və kimya fənninə olan marağını artırmaq, öz elmi əsərləri ilə doğma Azərbaycanı şöhrətləndirə biləcək gələcək alimləri yetişdirməkdir.