Şəhid məzunumuzun anım günü

        Ceyhun Şalıyev Nüsrət oğlu 20 may 1994-cü ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini Rusiya Federasiyasının Voronej şəhərində almış və təhsilini 2008-ci ildə Bakı şəhərində yerləşən 94 nömrəli tam orta məktəbdə davam etdirib. 2011-ci ildə 600 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.

2015-ci ildə universiteti bitirən Şalıyev həqiqi hərbi xidmət qulluqçusu olmuş, 2016-cı il Aprel döyüşlərində iştirak etmişdir. Hərbi xidməti başa vurduqdan sonra "Azercell" də çalışıb.

        O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib. 1 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub.

     Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Şalıyev Nüsrət oğlu ölümündən sonra "Vətən uğrunda" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

        Bu gün 94 nömrəli tam orta məktəbin məzunu, fəxrimiz Ceyhunun ad günüdür. O məzun ki, 26 yaşında düşünmədən könüllü olaraq cəbhəyə yola düşüb canı ilə, qanı ilə yeni tarix yazanlardan biri oldu.

       Ceyhun Şalıyev ruhun şad olsun! Böyük qürur hissi ilə anırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi