Nümunəvi dərs

       18may tarixində 9a sinfində Zəfər tarixindən " Maarif. Qarabağ abidələri." mövzusunda nümunəvi dərs keçirilib.

Tarix fənnini tədris edən  Sevinc Məmmədova  tərəfindən aparılan dərsdə çar Rusiyasının Azərbaycan torpaqlarını işğal etdikden sonra orada yaratdığı qayda qanunlardan, o cümlədən təhsilə qoyulan qadağalardan danışılıb. M.Ə.Sabirin "Oxutmuram,əl çəkin." şeirinden bəhs edilib.

      Tarixi qədimliyi ilə seçilən Ağdam, Şuşa, Füzuli və Kəlbəcərdə olan tarixi abidələrimiz və bu abidələrin erməni tapdağı altında qalması haqqında ətraflı məlumat verilib. Qrup tapşırıqları işlənilib. Sonda "Hansı əməliyyat nəticəsində torpaqlarımız azad olundu, abidələrimiz özümüzə qayıtdı?" adlı krossvord işlənilib və "Dəmir Yumruq" ifadəsi alınıb.

Dərs şagirdlər tərəfindən səsləndirilən "Qarabağa gedirəm" adlı gözəl bir şeir və "Qarabağ" mahnısı ilə yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi