MONİTORİNQ ÖNCƏSİ PSİXOLOJİ SÖHBƏT

         18.05.2024 tarixində IV və VI siniflərdə mərkəzləşmiş şəkildə monitorinqlərin keçirilməsi nəzərdə tutulub. Bəllidir ki,şagirdlər monitorinqlərdə və yaxud böyük summativ qiymətləndirmədə iştirak edərkən onun həyəcanını, stressini yaşayırlar. Bu həyəcan və stress çox vaxt şagidlərin müvəffəqiyyətinin düşməsinə səbəb olur və onlarda bir sıra psixoloji və fizioloji problemlər əmələ gətirir. Bununla bağlı məktəbin psixoloqu Məsumə Həsənəliyeva siniflərdə həyəcanın aradan qaldırılması haqda şagirdlərlə söhbət aparıb. Bu istiqamətdə şagirdlərdə özünə inam hissinin yüksəldilməsinin zəruriliyindən bəhs edilib. Eyni zamanda şagirdlərə planlamağı, mənfi düşüncələri müsbət düşüncələrə necə çevirməyi, rahatlama texnikası haqqında məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi