“Dahi şəxsiyyət və onun arzularındakı Azərbaycan“ adlı maarifləndirici söhbət keçirilib

          Məktəbin kitabxanasında Fəaliyyət Planının 46-cı bəndinə uyğun olaraq 10 may Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “ Dahi şəxsiyyət və onun arzularındakı Azərbaycan “ adlı maarifləndirici söhbət keçirilib.

      Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayan tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxana müdiri Səbinə Manafova böyük ömrünü xalqına və Azərbaycanın yüksəlişinə həsr etmiş Ulu Öndərin qürur doğuran nailiyyətləri haqqında məlumat verib. Şagirdlər Heydər Əliyevin həyat yolundan danışıb, dahi şəxsiyyətə həsr olunmuş şeirlər səsləndirib, təqdimat hazırlamışlar.

      Sonda kitabxanaçılar şagirdlərə böyük şəxsiyyətə həsr olunmuş maraqlı kitabları oxumağı tövsiyə ediblər.

      Məqsəd şagirdlərə həyatını xalqına həsr etmiş müdrik dövlət xadimi Heydər Əliyev haqqında məlumat vermək və böyük şəxsiyyəti unutdurmamaq olub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi