İBTİDAİ METODİKA FƏNN AYLIĞI "ƏDƏBİ-BƏDİİ GECƏ"
08.05.2024 tarixində məktəbin ibtidai metodika fənn aylığının yekunu olaraq metodbirləşmə rəhbəri Hüseynova Lalə və ibtidai fənn müəllimlərinin təşkil etdiyi ədəbi-bədii gecə keçirilib.
Tədbirdə Azərbaycan və rus bölməsi olmaqla I-IV sinif şagirdləri müxtəlif mahnı və rəqs nömrələri, kiçik səhnəciklərlə çıxış etmişlər. Balaca fidanlarımızın çıxışları böyük maraqla qarşılanıb.
Tədbiri məktəb rəhbərliyi, müəllim heyəti, şagirdlər və valideynlər izləmiş və sonda tədbir rəhbərlik tərəfindən yüksək qiymətləndirilib, gələcək işlərində uğurlar arzulanıb.