ŞAHMAT TURNİRİ

        03.05.2024 tarixində Bakı Gənclər Mərkəzində Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş Sabunçu rayon məktəblilərarası şahmat turniri keçirilib.     

      Turnirdə 94 nömrəli məktəbin VII sinif şagirdləri Əsnad Vəliyeva və Zəhra Yaqubova, VIII sinif şagirdi Eqor Ostroumov və X sinif şagirdi Dərya Ostroumova təmsil ediblər.

       Şagirdlər turnirdə böyük nailiyyətlərə imza atıblar. Onlardan Əsnad Vəliyeva II yerə, Zəhra Yaqubova, Eqor Ostroumov və Dərya Ostroumova IV yerə layiq görülüblər.

       Şagirdləri dəstəkləyən və turnirə hazırlaşdıran fiziki tərbiyə müəllimi Plaxotneva Marinaya məktəbin rəhbərliyi və kollektivi adından dərin təşəkkür edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi