Şagirdlərdə fövqəladə hallar zamanı özlərini müdafiə etmək bacarığı formalaşdırılıb
Məktəbdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə ciddi nəzarət davam edir.
Təhlükəsizlik tədbirləri ilə bağlı məktəbin şagirdləri və məktəbdə çalışan bütün işçilər maarifləndirilib, bununla bağlı onların məsuliyyəti artırılıb.
Fəaliyyət planının 7.3.1 bəndinə əsasən Məktəb kollektivi, şagirdləri məktəbin təxliyyə planı ilə tanış olunublar və 7.3.3 Şagirdlərdə fövqəladə hallar zamanı (yanğın, suda boğulma, təbii fəlakətlər və.s) özlərini müdafiə etmək bacarığının formalaşdırılması məqsədi ilə ibtidai siniflərdə sınaq keçirilib.
Məqsəd şagirdlərdə fövqəladə hallar zamanı özlərini müdafiə etmək bacarığı formalaşdırmaq olub.