"DAHİ ŞAİR NİZAMİ GƏNCƏVİ"

          26.04.2024 -cü il tarixdə 94 nömrəli tam orta məktəbin rus dili və ədəbiyyat müəllimi Gülnarə Əliyeva dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş musiqili  ədəbi - bədii kompozisiya  hazırlayıb təqdim etmişdir. Nizami irsini öyrənmək məqsədilə təşkil olunmuş musiqili  ədəbi -bədii kompozisiyada  V - XI sinif şagirdləri böyük məharətlə çıxış etdilər.

       Tədbirin açılışında azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Qəhrəmanova Maya, ingilis dili fənni üzrə metodbirləşmə rəhbəri Başar Mehriban və kitabxana müdiri Manafova Səbinə dahi şairin yaradıcılığı və həyatı haqda tədbir iştirakçıları ilə söhbət aparıblar.

      Tədbirə dəvət almış qonaqlardan  26 saylı Sabunçu- 1 DSK  sədri Əsgərov Hüseynqulu, 67 nömrəli  məktəbin direktoru Bayramova İradə, məktəbimizin təqaüdçü müəllimləri və valideynlər çıxış edərək Nizami Gəncəvinin əsərlərini bütün dövrlər üçün əvəzolunmaz xəzinə olduğunu, bəşəri əhəmiyyət daşıdığını diqqətə çatdırmışlar.

       Dəyərli pedaqoq Əliyeva Gülnarənin yüksək səviyyədə hazırladığı bu heyrətamiz kompozisiya bütün tamaşaçıların böyük marağına səbəb olmuşdur.

       Sonda Nizami Gəncəvinin  hikmətlər dünyasından xəbər verən əsərləri əsasında hazırlanmış tamaşada iştirak edən şagirdlər və Gülnarə müəllimə məktəb rəhbərliyi tərəfindən təşkil olunmuş Fəxri fərmanla və təşəkkürnamə ilə təltif olunublar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi