“Kitab oxuyaq” adlı oxucu konfransı keçirilib

          Məktəbin kitabxanasında Fəaliyyət Planının 43- cü bəndinə uyğun olaraq 23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş “Kitab oxuyaq” adlı oxucu konfransı keçirilmişdir. Kitabxana müdiri Səbinə Manafova bu gün haqqında danışıb ,kitab və mütaliənin şagirlər üçün vacib olduğunu vurğulamışdır. Tədbirdə iştirak edən 6 a və 6 k sinif şagirdləri bu günün tarixi haqqında məlumat verib ,kitaba həsr olunan şeirlər söyləyiblər.

Tədbirimizdə “Oxuyaq və Paylaşaq” , “Öz qəhrəmanını canlandır” bölümləri yer almışdır.

“Oxuyaq və Paylaşaq” bölümündə şagirdlər ən son oxuduqları bədii ədəbiyyat haqqında danışıb, digər yoldaşlarına bu kitabları oxumağı tövsiyə ediblər.

“Öz qəhrəmanını canlandır”bölümündə isə şagirdlər ən son oxduqları əsərlərin baş qəhrəmanlarından söhbət açıb,həmin  əsərlərin müəllifləri haqqında məlumat vermişlər.

6 a sinif şagirdi Hidayətzadə Əli kitab şəklini çəkib kitabxanaya təqdim etmişdir.

Tədbirdə iştirak edən Azərbaycan dili və ədəbiyyat müəllimi Qarayeva Ayna şagirdlərə uğurlar arzulayıb ,onlara yerli və bədii ədəbiyyatı oxumağı məsləhət etmişdir .Sonda kitabxanaçılar şagirdlərə kitabxanadan səmərəli istifadə etməyi tövsiyə ediblər.

Məqsəd kitaba sevgini artırmaq , mütaliənin insan həyatındakı əhəmiyyətli rolunu şagirdlərə anlatmaq olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi