“Füzuli dünyası”

       Məktəbin kitabxanasında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “ Füzuli dünyası” adlı dəyirmi masa keçirilib. Kitabxana müdiri Səbinə Manafova dahi şairimiz Füzulinin əsərlərindən danışıb onun dünya ədəbiyyatındakı yerindən söhbət açmışdır. 9 a və 8 e sinif şagirdləri orta əsr Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin həyatı haqqında məlumat verib , zəngin yaradıcılığından danışıblar. Şagirdlər “Leyli və Məcnun” əsərindən bir hissəni ,şairin “Söz” və “Məni candan usandırdı” qəzəllərini söylədikdən sonra elm xadimlərinin böyük şairimiz Füzuli haqqında söylədikləri fikirləri və şeirləri səsləndiriblər. 9a sinif şagirdi Əzizli Asiman dahi şairin rəsmini böyük məharətlə çəkib kitabxanaya təqdim etmişdir. Kitabxanaçılar şagirdlərə Füzuli əsərlərini  hər zaman oxumağı tövsiyə ediblər, onları şairin əsərlərindəki sözün qüdrətini dərk etməyə çağırıblar.

Məqsəd Azərbaycan ədəbiyyatında ölməz əsərlər yaradan Məhəmməd Füzulinin zəngin və rəngarəng yaradıcılığı ilə şagirdləri məlumatlandırmaq olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi