Xocalı soyqırımı... 25 il keçir...

94 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 25 illiyinə həsr edilmiş tədbirlər fevralın 24-də də davam etdirilmişdir. Birinci dərslərdə Xocalı soyqırımı haqqında söhbətlər aparılmış, faciə qurbanlarının xatirəsi yad edilmiş, şagirdlər tərəfindən təqdimatlar hazırlanaraq nümayiş etdirilmişdir. Günün yarısında isə məktəbin akt zalında geniş tədbir keçirilmişdir. Tədbirdə rəhbərlik, müəllimlər, şagirdlər və valideynlər iştirak etmişlər. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi iştirakçılar tərəfindən bir dəqiqəlik sükutla anılmışdır. Sonra söz tarix müəllimi Əzizə Məmmədovaya verilmişdir. Ə.Məmmədova soyqırım haqqında danışaraq onun insanlığa sığmayan bir qətliam olduğunu vurğulamışdır. Çıxışdan sonra şagirdlərin təqdimatında soyqırım anlarını əks etdirən səhnəciklər göstərilmiş, şeirlər səslənmiş, vətənpərvərlik ruhunda yazılmış mahnılar ifa olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi