Fənn Aylığı Çərçivəsində Nümunəvi Dərs
Məktəbimin ibtidai sinif müəllimi eyni zamanda metodbirləşmə sədri Hüseynova Lalə fənn aylığı çərçivəsində nümunəvi dərs təşkil etmişdir. Dərsin müsbət tərəflərini qeyd edirik:
Dərsin məqsədi elan edilərək qısa izah edildi
Dərs prosesində icra edilən fəaliyyətlər məqsədə xidmət edirdi
Bir neçə uğurlu üsuldan istifadə edildi
Qrup işi şagirdi sərbəst araşdırmaya sövq etdi
Şagirdlərdə əməkdaşlıq etmə bacarığı formalaşdı
Şagirdlər sərbəst təqdimat etdi
Vaxt düzgün idarə edildi
Qiymətləndirmə bütün dərs boyu və yekunda aparıldı