Aprel döyüşlərinə həsr olunmuş “Şanlı Qələbənin Başlanğəcı” adlı sərgi təşkil olunub

          Məktəbin kitabxanasında Fəaliyyət planının 42 - ci bəndinə uyğun olaraq Aprel döyüşlərinə həsr olunmuş “Şanlı  Qələbənin Başlanğəcı” adlı sərgi təşkil olunub.Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda verən oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 5 a sinif şagirdləri bu gün haqqında məlumat vermiş və şeirlər söyləyiblər. Sərgiyə Aprel döyüşlərinə aid qəzet materialları və şeir kitabları yerləşdirilmişdir. Kitabxanaya gələn şagirdlər sərgi ilə tanış olub , onlarla Böyük Qələbənin müjdəsi olan Aprel döyüşləri haqqinda maarifləndirici söhbətlər aparılmışdır. Vətənpərvər ruhda  tərbiyə alan şagirdlərimizə hər bir qarış torpağın müdafiəsində dayanmağı ,Vətəni sevməyi tövsiyə edilmişdi. Bu gün hər bir azərbaycanlı işğaldan azad edilən torpaqlarımızda ucaldılan üçrəngli  bayrağımızla qürur duyur.

Məqsəd şagirdləri vətənpərvər ruhda böyütmək,tariximizi daha da mükəmməl öyrənməyə sövq etmək olub .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi