2 Aprel Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş “Kitabla bir dünya quraq” adlı tədbir keçirilib
Məktəbin kitabxanasında Fəaliyyət planının 40- bəndinə uyğun olaraq 2 Aprel Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş “Kitabla bir dünya quraq” adlı tədbir keçirilib.Kitabxana müdiri Səbinə Manafova bu günün uşaqlar üçün gözəl gün olduğunu qeyd edib, kitab və mütaliənin onlar üçün əhəmiyyətli olduğunu vurğuladı. Tədbirdə iştirak edən 4 - cü sinif şagirdləri bu günün tarixi haqqında məlumat verib , Azərbaycan nağılları və Hans Kristian Andersenin qələmə aldığı əsərlərdən bir hissəni səhnələşdiriblər.Şagirdlər kitaba aid şeir və aforizmlər söyləyib rəqs ediblər. Həmçinin “ Bir qalanın sirri” filmindən bir hissıni böyuk məharətlə nümayiş etdirdilər.
Şagirdlərə tədbirdə fəal iştiraklarına görə təşəkkürnamə ilə təltif olunublar.
Çıxış edən məktəb rəhbərliyi milli dəyərlərə sahib olmaq və dünyanı yaxından tanımaq üçün maraqlı kitablar oxumağı şagirdlərə tövsiyə ediblər.
Məqsəd şagirdlərin dünyagörüşünün formalaşmasında, savadlı vətəndaş kimi yetişməsində kitab və mütaliənin vacibliyini onlara çatdırmaq olub.