31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “İnsanlığa sığmayan erməni vəhşiliyi “adlı tədbir keçirilib

      Məktəbin kitabxanasında Fəaliyyət planının 39-cu bəndinə uyğun olaraq 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “İnsanlığa sığmayan erməni vəhşiliyi “adlı tədbir keçirilmişdir.Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayan tədbirdə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib .

Tədbirimizdə Sabunçu rayonu Veteranlar Cəmiyyətinin bir qrup üzvü, məktəb heyəti və şagirdlərimiz iştirak ediblər.Kitabxana müdiri Səbinə Manafova təcavüzkar erməni vəhşiləri tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım haqqında məlumat vermişdir.7 a və 8 e sinif şagirdləri 1918-ci ilin mart soyqırımından danışıb, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırıblar .Həmçinin divar qəzetləri hazırlayıb kitabxanaya təqdim ediblər.Sonra şagirdlərimiz ədəbi- bədii kompozisiya ilə çıxş etdilər.

Sonda söz Veteranlar Cəmiyyətinin uzvlərinə və məktəbin heyətinə verilmişdir.Onlar da bu gün haqqında şagirdlərimizə geniş məlumat verib, onlara dərslərində uğurlar arzuladılar.

Tədbirdə fəal iştirak edən şagirdlər təşəkkürnamə ilə təltif edildilər.

Məqsədimiz xalqımıza qarşı törədilən bütün soyqırım haqqında şagirdlərimizə məlumat vermək ,onları qan yaddaşımızı unutmamağa səsləməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi