Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar kitabxanada tədbir keçirilmişdir
Fevralın 23-də 94 nömrəli tam orta məktəbin kitabxanasında Xocalı soyqırımının 25 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. İlk öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra məktəbin kitabxanaçısı Nigar Hacıyeva şagirdlərə Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu soyqırımın yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu bildirmişdir. Sonda şagirdlər Xocalı soyqırımına həsr edilmiş şeirlər söyləmiş, faciəni özündə əks etdirən foto və kitab sərgisiylə tanış olmuşlar.