“Bədii həqiqətlər ustası - Cəfər Cabbarlı” adlı dəyirmi masa keçirilib

         Məktəbin kitabxanasında Fəaliyyət planının 36-ci bəndinə uyğun olaraq Cəfər Cabbarlının 125 illiyinə həsr olunmuş “Bədii həqiqətlər ustası - Cəfər Cabbarlı” adlı dəyirmi masa keçirilib. Kitabxana müdiri Səbinə Manafova böyük sənətkar Cəfər Cabbarlının həyat yolundan və milli mədəniyyətin ,incəsənətin inkişafında müstəsna xidmətlərindən söhbət açmışdır.

7-ci sinif şagirdləri ədibin həyatından,yaradıcılığından, daramaturgiyasından danışıb ,əsərləri haqqında məlumat vermişlər. Şagirdlər Cəfər Cabbarlının böyük ustalıqla qələmə aldığı “Ana”, “Azərbaycan Bayrağına” ,” Ölkəm” və “Bahar”adlı  şeirlərini söyləyiblər.

İştirak edən məktəb heyəti daramaturqun bədii irsindən sohbət açmışlar .

Məqsəd  şagirdlərə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında məlumat vermək, kitaba və kitabxanaya sevgini artırmaq olub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi