Mütaliə Edək
Fəaliyyət planının 25-ci bəndinə uyğun olaraq " Mütaliə və Biz" adı altında 2a sinfində oxuma dinləmə saatı keçirilib. Məktəbin kitabxanaçısı Nuridə Bayramova " Tədbirli dovşan " və " Tamahkar canavar" adlı rəvayətləri ifadəli oxuyub. Şagirdlər mətni dinlədikdən sonra oxunan rəvayətlərə öz fikirlərini bildirdilər, kitabda adları sadalanan heyvanlar haqqında maraqla danışılıb.
Məqsədimiz şagirdlərdə kitaba sevgini və mütaliəyə olan marağı artırmaq olub.