Xocalı soyqırımından 25 il keçir
Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar 94 nömrəli tam orta məktəbdə də bir sıra tədbirlər keçirilir. Şagirdlər bu faciəvi günü divar qəzetlərində, rəsmlərdə əks etdirmiş və bu işlər məktəbin foyesində sərgilənmişdir. Fevralın 21-də isə məktəbin 9e sinif şagirdləri sinif rəhbəri Aminat Əliyevanın rəhbərliyi ilə "Ana fəryadı" abidəsini ziyarət edərək soyqırım qurbanlarının xatirəsini yad etmişlər.