"Sağlam qidalanmanın təbliği" mövzusunda dəyirmi masa təşkil edilib
Məktəbin biologiya müəllimi Aynur İsmayılova 8e sinifində "Sağlam qidalanmanın təbliği" mövzusunda dəyirmi masa təşkil edib. Müəllim şagirdlərinə asinxron olaraq sağlam qidalanmanın faydaları haqqında araşdırma aparmaq və təqdimat aparmaq tapşırmışdır. Hazırlanan təqdimatların nümayişi diskusiya formatında təşkil edilib. Nəticədə şagirdlər təbii qidaların çox faydalı olması qənaətinə gəldilər və deyilənlərə əməl edəcəklərini bildirdilər.