Məktəbdə zorakılıq barədə ümumi məlumat verilib və diskusiya şəklində sorğu keçirilib

       Zorakılıq kütlə xüsusiyyətlərindən, eləcə də zorakılıqda iştirak edən digər şəxslərin reaksiyasından və hərəkətlərindən təsirlənən çox ölçülü bir hadisədir. Zorakılığa həm itələmək, təpikləmək kimi bir-başa həm də sosial manipulyasiya kimi yəni, məsələn, qrupdan kənarlaşdırılıb izolyasiya etmə və ya şayiələr yaymaq kimi dolayı yol ilə olunan növləri vardır. Məktəbdəki zorakılıq həm fiziki, həm də zehni zorakılığa paralel ola bilər ki, bu da tez-tez məktəbin fəaliyyətinə təsir edir və məktəbdən  yayınma hallarına gətirib çıxarır. Bir qayda olaraq, oğlanlar daha çox zorakılıqla qarşılaşırlar, qızların qarşılaşdığı zorakılıq daha çox dolayı və insan münasibətləri ilə əlaqələndirilir. Artıq çəkili, depresiya və ya öyrənmə çətinliyi olan uşaqlar, habelə məktəbə yeni gələnlər kimi müəyyən mənada fərqli olan uşaqlar daha çox zorakılığın hədəfinə çevrilirlər. Bu tip məsələlərin qarşısını almaq məqsədi ilə məktəbdə mxtəlif tədbirlər görülür.

 

29.02.2024-cü ildə məktəbin tibb bacısı Könül Məmmədrzayeva 5-8-ci sinif şagirdlərinə zorakılıqla bağlı maarifləndirici məlumatlar verdi. Məlumat xarakterli görüş məktəbdaxili zorakılıq hallarının aşkarlanması məqsədi ilə müzakirə formatında sorğu məqsədi ilə təşkil edildi. Nəticəsi məktəb rəhbərliyi ilə müzakirə edildi və ehtiyaclara uyğun addım atıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi